ABŞ-ın "Adobe" şirkəti distant təhsil üçün nəzərdə tutulan "Adobe Connect" proqramının lisenziyalarını Azərbaycanın bütün müəllim və şagirdləri üçün tam olaraq təmənnasız edib.
Bu barədə "APA-Economics"ə "PulPal" şirkətindən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq lisenziyalar Bakı şəhərinin 8 saylı orta məktəbinin müəllim və şagirdlərinə təqdim olunub.
"Biz hazırda lisenziyaları təqdim etmək üçün müraciətlərin qəbuluna başlamışıq",- deyə məlumatda qeyd olunub.