525.Az

Birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verildi


 

Birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verildi<b style="color:red"></b>

Bu gündən birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşib.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

 





29.03.2020    çap et  çap et