Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil məktəblərinin buraxılış sinfində təhsil alan şagirdlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən 525.az-a bildirilib ki, son günlər bəzi KİV-lər tərəfindən buraxılış imtahanı keçiriləcək fənlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb:
“Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası”nın 2.3-cü bəndində edilmiş dəyişiklikləri bəzi KİV-lər düzgün şərh etməyib. Odur ki, bu məlumatların heç bir əsası yoxdur”.
S.QARAYEVA