525.Az

Millət vəkili: "Azərbaycan həkimləri böyük fədakarlıq nümunəsi göstərirlər"


 

Millət vəkili: "Azərbaycan həkimləri böyük fədakarlıq nümunəsi göstərirlər"<b style="color:red"></b>

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışını etdilər. Belə müasir bir klinikanın tikilərək tam təchizatla istifadəyə verilməsinin özü bir hadisədir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, heç də həmişə və ya hər yerdə 100 min kvadratmetr ərazini əhatə edən, 575 çarpayılıq , cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələri olan , 1500-dən artıq həkim və tibbi heyət çalışacağı  xəstəxana tikilərək istifadəyə verilmir: “Ancaq belə bir xəstəxananın hazırda  dünyada və ölkəmizdə yaşadığımız kritik pandemiya mərhələsində açılmasının özü də bir hadisədir. Açılış zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, “Yeni klinika” tibb müəssisəsinin açılışı əslində bir müddət sonra baş tutacaqdı, ancaq hazırda ölkəmizi təhdid edən koronaviris təhlükəsi nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlər görüldü. Doğurdan da hazırda  koronavirus pandemiyası bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi Azərbaycanı da təhdid edir. Ona görə də  hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının səhhəti və sağlamlığına nə qədər diqqət göstərdiyinin  göstəricisidir”.

Millətv əkili qeyd edib ki, əslində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir: “2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Az qala bütün regionlarımızda  diaqnostika mərkəzləri, şəhər xəstəxanaları tikilib əhalinin xidmətinə verilib ki, bu da koronovirus kimi pandemiyaya qarşı ölkəmizin səhiyyə infrastrukturunu və tibbi xidmətləri yetərli edir. Əlbəttə, xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Şübhəsiz ki, yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin effektiv işindən danışmaq olmaq . Ona görə də Azərbaycan Prezidenti həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırkı çətin dövrdə də Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərirlər. Belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı ümummilli təhlükəsizliyimizi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər. Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün hər zamankından daha aktual olmaqla, həm sıravi vətəndaşlarımızın, həm bütövlükdə cəmiyyətimizin, həm də həkimlərimizin və tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir”.

 

 





29.03.2020    çap et  çap et