525.Az

Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edildi


 

Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edildi<b style="color:red"></b>

Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi qaydaları”na dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.

Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub.

 

 





29.03.2020    çap et  çap et