525.Az

Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması qaydaları dəyişdi


 

Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması qaydaları dəyişdi<b style="color:red"></b>

Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması ilə bağlı məsələlər “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna müvafiq olaraq tənzimlənəcək.

APA-nın məlumatına görə, bu, “Filmlərin yayımı və nümayişi Qaydaları”na dəyişiklik edilməsi ilə bağlı Baş Nazir Əli Əsədovun qərarında öz əksini tapıb.

Dəyişikliyə əsasən, bundan sonra “Filmlərin yayımı və nümayişi qaydaları” ilə tamaşaçı auditoriyasının yaş kateqoriyaları müəyyənləşdirilməyəcək.

 

 





29.03.2020    çap et  çap et