525.Az

Erməni şovinizminin qurbanlarının xatirəsi yad edildi


 

Erməni şovinizminin qurbanlarının xatirəsi yad edildi<b style="color:red"></b>

Milli Məclisin bu gün keçirilən iclasında son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsi yad edilib.

APA-nın məlumatına görə, spiker Sahibə Qafarova 31 Mart - Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar erməni şovinizminin qurbanı olmuş günahsız insanların xatirəsinin yad edilməsini təklif edib.

Deputatlar son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

 





30.03.2020    çap et  çap et