525.Az

UNEC-in yeni kampusu


 

MODERN MEMARLIQ ELEMENTLƏRİ İLƏ ZƏNGİN YENİ KAMPUSDA 3000 TƏLƏBƏ TƏHSİL ALACAQ

UNEC-in yeni kampusu<b style="color:red"></b>

Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ərəfəsində 3000 tələbə üçün nəzərdə tutulan, 12 ən müasir laboratoriya ilə təchiz edilən, şəhərdaxili müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin yeni kampus istifadəyə veriləcək.

Bunu 525-ə açıqlamasında UNEC-in rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, UNEC müasir standartlara cavab verən yeni tədris binası 3 min tələbənin təhsil alması üçün tədris laboratoriyaları, geniş auditoriyalar, linqafon kabinetləri, idman zalı və sair ilə təchiz olunacaq. Yeni tədris binasında 30 auditoriya, 6 mühazirə otağı, 12 təhsil laboratoriyası, 6 linqafon otağı, inzibati otaqlar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları olacaq. Bina 5 mərtəbədən ibarətdir.

Ə.Muradov qeyd edib ki, yeni binada texniki və texnoloji ixtisaslar tədris olunacaq: “Sözügedən kampusun yeni tədris ili öncəsi istifadəyə verilməsi nəzərdə tutulub”.

S.QARAYEVA

 





30.03.2020    çap et  çap et