525.Az

Krediti olanlara 3 ay möhlət verilə bilər


 

Krediti olanlara 3 ay möhlət verilə bilər <b style="color:red"></b>

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

 





30.03.2020    çap et  çap et