525.Az

Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi


 

Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi<b style="color:red"></b>

Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.

 





30.03.2020    çap et  çap et