525.Az

Dissertasiya şurasının yaradılması proseduru dəyişir


 

Dissertasiya şurasının yaradılması proseduru dəyişir<b style="color:red"></b>

Azərbaycanda dissertasiya şurasının yaradılması proseduru dəyişir.

APA-nın məlumatına görə, bu, Elm haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə daimi elmi araşdırmalar aparan, yüksək ixtisaslı elmi kadr potensialına malik olan elmi müəssisələrdə və ali təhsil müəssisələrində yaradılır. Təklif edilən dəyişikliyə əsasən, dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün ali attestasiya orqanı tərəfindən yaradılacaq.

Beləliklə, artıq dissertasiya şurasının yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyəcək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun həyata keçiriləcək.

İndiyə qədər dissertasiya şurasına təqdim edilən dissertasiya işləri üzrə rəsmi opponentlik haqqı ödənilən əmək fəaliyyətinə aid edilib və iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsi tərəfindən ödənilib. Təklif edilən dəyişikliyə əsasən, bu, iddiaçının adyunktu olduğu müəssisə və təşkilatlara da şamil ediləcək.

İndiyə qədər dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, aparıcı təşkilat və dissertasiya şurasının üzvləri dissertasiya şurasına təqdim edilmiş və müdafiə olunmuş dissertasiya işinin keyfiyyətinin və elmi yeniliyinin zəruri tələblərə uyğunluğuna görə cavabdeh olublar. Dissertasiya şurasının yaradılması prosedurunun dəyişməsi ilə əlaqədar bu müddəa da dəyişəcək. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrləri və üzvləri müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin Ali Attestasiya Komissiyasının Əsasnaməsinə Əsasnaməsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdeh olacaqlar.

 





31.03.2020    çap et  çap et