525.Az

Lisey direktoru 140 valideynlə onlayn iclas keçirdi - Video


 

Lisey direktoru 140 valideynlə onlayn iclas keçirdi - <b style="color:red">Video </b>

Hədəf STEAM liseyinin direktoru Şəmil Sadiq liseydə təhsil alan bütün şagirdlərin və onların valideynlərinin iştirakı ilə onlayn iclas keçirib.

Liseydən 525.az-a verilən məlumata görə, Microsoft Teams proqramı vasitəsilə təşkil olunan iclasa 140 nəfər qoşulub, onlayn dərslər, şagirdlərin dərslərə hazırlığı, dərslərin cədvəli, ev tapşırıqları, onlayn dərslərdə davranış qaydaları barədə canlı müzakirələr aparılıb.

Valideynlər lisey direktoruna sualları ünvanlayıblar, qaranlıq qalan nüanslara aydınlıq gətirilib.

Təqribən saat yarım davam edən iclasda növbəti mərhələdə lisey-şagird-valideyn münasibətlərinin qırılmazlığının bu mərhələdəki önəmi bir daha vurğulanıb.

 





31.03.2020    çap et  çap et