525.Az

Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir


 

Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir<b style="color:red"></b>

Azərbaycanda energetik içkilərin uşaqlara satılması, eləcə də energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağan ediləcək.

APA-nın məlumatına görə, bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, energetik içkilərin uşaqlara satılması,  energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Eyni zamanda energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 





31.03.2020    çap et  çap et