525.Az

Almaniya XİN: "Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq"


 

Almaniya XİN: "Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq"<b style="color:red"></b>

Almaniya Federal Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebert 31 mart tarixində Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, Almaniya Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri"nin nəticələrini tanımır.

“Dünən Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri”ni tanımırıq. Həm “seçkilər”, həm də onların nəticələri qanunsuzdur”, - deyə bəyanatda qeyd olunub.

 





01.04.2020    çap et  çap et