525.Az

Startapların biznes modeli araşdırıldı


 

Startapların biznes modeli araşdırıldı<b style="color:red"></b>

İnnovasiyalar Agentliyinə müraciət edən startapların biznes modellərinin təhlili aparılıb.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, aparılan araşdırmalara görə ortalama hesabla müraciət edən hər 100 startapdan 44,3%-i B2B (business-to-business), 43,9%-i B2C (business-to-consumer), 16,5%-i B2G (business-to-government) və 1,2%-i C2C (consumer-to-consumer) biznes modelinə aiddir.

Biznes modelindən asılı olmayaraq startaplar Agentliyin bazasından onlayn qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçdikdən sonra startapçılar təqdim etdikləri layihənin kateqoriyasını öyrənib, ona uyğun dəstək əldə edə bilər.

 





02.04.2020    çap et  çap et