525.Az

İran parlamentinin sədri koronavirusa yoluxdu


 

İran parlamentinin sədri koronavirusa yoluxdu<b style="color:red"></b>

İran İslami Şura Məclisinin (parlament) sədri Əli Laricaniyə koronavirus diaqnozu qoyulub.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə IRIB dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, spikerdən bir sıra simptomların müşahidə olunması səbəbindən analiz götürülüb və testin nəticəsi müsbət çıxıb. 

Məlumatda həmçinin Ə.Laricaninin hazırda karantinə alındığı və müalicə edildiyi də vurğulanıb.

 





02.04.2020    çap et  çap et