525.Az

DİN-dən "Whatsapp"da yayılan məlumata münasibət


 

DİN-dən "Whatsapp"da yayılan məlumata münasibət<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, - deyə E. Zahidov vurğulayıb.

 





04.04.2020    çap et  çap et