525.Az

QƏRARGAH: "Koronavirusa yoluxan iki şəxs vəfat etdi"


 

QƏRARGAH: "Koronavirusa yoluxan iki şəxs vəfat etdi"<b style="color:red"></b>

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".

Bu barədə APA-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəsi, arterial hipertenziya və şəkərli diabet xəstəsi olduğu qeyd edilib:

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".

 





05.04.2020    çap et  çap et