525.Az

Boris Conson gecəni xəstəxanada keçirdi


 

Boris Conson gecəni xəstəxanada keçirdi<b style="color:red"></b>

Böyük Britaniyanın Baş Naziri Boris Conson gecəni xəstəxanada keçirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin ofisindəki mənbə məlumat verib.

“Baş nazir gecəni xəstəxanada keçirib. O, xəstəxanada qalmaqda davam edir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson aprelin 5-də müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb.

Koronavirusa yoluxduğu təsdiqləndikdən sonra Boris Conson artıq 11 gün idi ki, ev şəraitində karantində idi. Ancaq o, sonuncu video-müraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var.

Baş Nazirin ofisindən bildirilib ki, B. Consonun xəstəxanaya getməsi təcili hal deyil, bu, ehtiyat xarakteri daşıyır.

 





06.04.2020    çap et  çap et