525.Az

Qənirə Paşayeva: “Biz bu virusun daha geniş yayılmasının qarşısını ala bilərik”


 

Qənirə Paşayeva: “Biz bu virusun daha geniş yayılmasının qarşısını ala bilərik”<b style="color:red"></b>

“Dövlətin gördüyü tədbirlərin yanında vətəndaşlar da öz məsuliyyətini dərk etməlidir. Dövlətin, hökumətin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlərə, qaydalara, qanunlara, çağırışlara, qadağalara əməl edin.  Bu günlərdə evdə qalmaq sizin özünüz üçün lazımdır. Buna görə də vətəndaşlara çağırış edirəm ki, evdə qalmağa çalışsınlar. Bu qrip virusu deyil ki, özünü tez biruzə versin. Bu virus bəzən bir neçə gün sonra özünü biruzə verir, bəzən isə sağlam gördüyümüz insan koronavirus daşıyıcısı ola bilir. Ona görə də sizin evdə qalmağınız həm özünüz, həm də Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Ona görə də evdən çıxmaq məcburiyyəti yaranmadığı hallarda evdən çıxmayın. Bu dövrdə yaşlı insanlara, körpələrə, uşaqlara xüsusi diqqət yetirmək lazımdır. Onlar gərək evdə sosial izolyasiya şəraitində olsunlar. Çünki biz onları ancaq belə qoruya bilərik”.

Bunu fikirləri 525-ə açıqlamasında millət vəkili,  Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva  deyib.

Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, biz birlikdə güclüyük: “Dövlət və vətəndaşlar əl-ələ versə, biz bu virusun daha geniş yayılmasının qarşısını ala bilərik. Əks halda virusun daha geniş ərazilərə yayılmasına mane olmaq çətinləşəcək. Bir çox ölkələrin nümunəsi var. Əgər özünüzdə koronavirusun simptomlarını hiss edirsinizsə, mütləq təcili tibbi yardıma müraciət edin. Bu dövrdə gigiyena qaydalarına xüsusi diqqət etmək lazımdır. Xüsusilə, evdən kənara çıxanda vətəndaşlarımız daha diqqət etsinlər. Maskası olmayan vətəndaşlar ağız və burnunu şarfla və ya hansısa bir vasitə ilə örtməyə çalışsınlar”.

S.QARAYEVA

 





06.04.2020    çap et  çap et