525.Az

İran XİN: "Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik"


 

İran XİN: "Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik"<b style="color:red"></b>

“Koronavirusla mübarizədə İran ABŞ-dan heç vaxt kömək istəməyəcək”.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Pandemiya ilə mübarizədə İran ABŞ-dan heç vaxt Tehrana kömək etməsini istəməyib və istəməyəcək. Ancaq ABŞ İrana qarşı bütün qanunsuz, birtərəfli sanksiyaları qaldırmalıdır", - deyə İran XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, ABŞ Tehranı danışıqlara məcbur etməyə çalışır.

Xatırladaq ki, daha əvvəl İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran koronavirusla mübarizə üçün ABŞ-ın təklif etdiyi humanitar yardımdan imtina edib.

 





06.04.2020    çap et  çap et