525.Az

"2" kodundan gündə 1 dəfə istifadə etmək olar, digərlərinə məhdudiyyət yoxdur"


 

"2" kodundan gündə 1 dəfə istifadə etmək olar, digərlərinə məhdudiyyət yoxdur"<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib.

Agentlikdən APA-ya verilən məlumata görə, ən çox müraciətlərdən biri 8103 nömrəsinə göndərilən 1, 2 və 3 kodunun hərəsindən gündə bir, yoxsa ümumilikdə bir dəfə istifadə edilməsidir. Qeyd edilib ki, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 nömrəsinə yalnız “2” kodu ilə bağlı gün ərzində bir dəfə istifadə etmək olar. Digər kodların göndərilməsi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Digər məsələ şəxsiyyət vəsiqəsinin seriyası AZE yox AA olanlarla bağlıdır. Bildirilib ki, Azərbaycan vətəndaşları üçün müvafiq icazə kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, 2 – AZE 11111111 və ya 2 – AA 11111111) yazılıb 8103 qısa nömrəsinə SMS göndərilməlidir.

Agentliyin məlumatında bildirilib ki, məişət tullantısı atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş məişət tullantısını atıb geri qayıtmalıdır.

SMS yazdıqdan sonra avtomobil üçün icazə almaq məsələsinə gəldikdə, qeyd edilib ki, müvafiq zəruri hala əsasən icazə verilmiş şəxslərin qeyd olunan müddət ərzində şəxsi nəqliyyat vasitəsi və ya etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilir.

Vətəndaşları ən çox maraqlandıran suallardan biri icazə üçün verilən vaxtın yarısının səhər, yarısının isə axşam istifadə edilə bilməsi ilə bağlıdır. Agentlikdən bildirilib ki, icazə üçün verilən 2 saatlıq müddət gün ərzində yalnız bir dəfə istifadə edilə bilər.

Məlumatda deyilir ki, SMS göndərilməsindən 1 saat keçməsinə baxmayaraq, cavab gəlməyibsə, bununla bağlı “ASAN xidmət”in 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

 





06.04.2020    çap et  çap et