525.Az

İlk distant təhsil məktəbi


 

İlk distant təhsil məktəbi<b style="color:red"></b>

Sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili artıq 9 ildir distant formada təşkil olunur.

Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 219 nömrəli evdə təhsil məktəbinin distant mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün dərslər "Microsoft Teams" platforması üzərindən aparılır.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hazırda distant tədris mərkəzində çalışan pedaqoji heyətin üzvləri sağlamlıq imkanları məhdud 19 şagirdin evdə təhsilini distant formada təşkil edir.
Məktəbin pedaqoji kollektivi tərəfindən öncə şagirdlər siniflərdə qruplaşdırılır. Müvafiq tədris materialları ilə təmin olunan müəllimlər hazırladıqları tapşırıqları platformada yerləşdirirlər.

Dərslərdə hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif elektron resurslardan, video materiallardan və test nümunələrindən istifadə olunur.

Qeyd edək ki, məktəbdə evdə təhsilin distant formada təşkilinə 2011-2012-ci tədris ilindən başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan layihə şagirdlər tərəfindən maraqla qarşılanır.

S.QARAYEVA

 





07.04.2020    çap et  çap et