525.Az

Agentlik: "Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz"


 

Agentlik: "Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz"<b style="color:red"></b>

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.

APA xəbər verir ki, qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil: "Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. "COVID-19" virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.

 





07.04.2020    çap et  çap et