525.Az

"Bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib"


 

"AZƏRBAYCAN BU PROSESDƏ ƏN ÖNDƏ GEDƏN ÖLKƏLƏRDƏN BİRİDİR"

"Bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib"<b style="color:red"></b>

“Bu gün bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan bu prosesdə ən öndə gedən ölkələrdən biridir”.

Bunu millət vəkili Sevinc Hüseynova deyib. S.Hüseynova bildirib ki, ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Onun sözlərinə görə, xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.

Millət vəkili söyləyib ki, koronovirusun vur biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.

S.QARAYEVA

 





07.04.2020    çap et  çap et