525.Az

Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı


 

Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı<b style="color:red"></b>

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar qəbul edib.

APA xəbər verir ki, qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılıb.

 





07.04.2020    çap et  çap et