525.Az

Baş nazir Milli Məclisdə videohesabat təqdim edəcək


 

Baş nazir Milli Məclisdə videohesabat təqdim edəcək<b style="color:red"></b>

Milli Məclisdə Baş nazirin plenar iclasda videohesabatı dinləniləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş nazir Əli Əsədovun videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası onlayn qaydada keçirilməsə də, məhz Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabatı onlayn qaydada təqdim edəcək. Bundan başqa, gündəliyə Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş),  “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də salınıb.

 





08.04.2020    çap et  çap et