“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24-ə müsahibəsində deyib.
Səfir bildirib ki, həmin şəxslərdən 2-i artıq evə buraxılıb: “Çünki həmin şəxslərin vəziyyətləri tam qənaətbəxşdir. 1 nəfər isə hələ ki, xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.