525.Az

Türk Şurasının videokonfrans formatında Zirvə görüşü başladı - Yenilənib


 

Türk Şurasının videokonfrans formatında Zirvə görüşü başladı - <b style="color:red"> Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

APA-nın xəbərinə görə, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

***



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb.

APA-nın xəbərinə görə, görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatılıblar.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Görüşün sonunda iştirakçılar tərəfindən Birgə Bəyannamə qəbul ediləcək.

Qeyd edək ki, fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

 





10.04.2020    çap et  çap et