525.Az

"Türk Şurası ölkələri liderlərinin birlik çağırışı məni çox ruhlandırdı"


 

"Türk Şurası ölkələri liderlərinin birlik çağırışı məni çox ruhlandırdı"<b style="color:red"></b>

"Türk Şurası ölkələrinin liderlərinin birlik çağırışı məni çox ruhlandırdı".

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus "Twitter"də bildirib.

"Türk Şurası ölkələrinin liderlərinin birlik çağırışı və bu böhranın insanlığı bir araya gətirəcəyini qəbul etmələri məni çox ruhlandırdı. ÜST olaraq Sizin güclü dəstəyinizə görə minnətdarıq və bu ümumi təhlükəni birlikdə aradan qaldıracağımızı səbirsizliklə gözləyirik", - deyə ÜST-ün baş direktoru qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Görüşdə ÜST-ün rəhbəri də çıxış edib.

 

 





10.04.2020    çap et  çap et