525.Az

Dünya iqtisadi böhranından yaxa qurtarmağın yolu açıqlandı


 

Dünya iqtisadi böhranından yaxa qurtarmağın yolu açıqlandı<b style="color:red"></b>

ABŞ hökumətinin fikrincə, dünya iqtisadiyyatının mövcud böhran vəziyyətindən tam çıxması üçün enerji bazarlarında sabitləşmə və neftin ucuzlaşmasının dayandırılması vacib şərtlərdir.

“Report” xəbər verir ki, bu barədə G20 ölkələrinin energetika nazirləri arasında bu gün keçirilən videokonfransda ABŞ-n energetika katibi Dan Bruyett bildirib.

Hazırkı böhranı dayandırmaq üçün bütün G20 ölkələri və bütövlükdə beynəlxalq birlik tərəfindən “sürətli və qətiyyətli” tədbirlərin zəruri olduğunu dilə gətirən Ağ Ev rəsmisi G20 ölkələrinin ortaq mənafeyinə uyğun olan variant kimi enerji sahəsinin “güc mövqeyi”nə qayıtmasını irəli sürüb: “Son məramımız aydındır: bütün dünyadakı həmdəmlərimizin həyatını və gəlir mənbələrini qorumaq şərtilə qiymətlərdə sabitliyi bərpa etmək, sərbəst və açıq bazarları inkişaf etdirmək, dünyanı yenidən rifaha qaytarmaq. Mən hamını indiki və gələcək nəsillər xətrinə bu böhrana lazımınca ciddi münasibət göstərməyə səsləyirəm”.

 

 





10.04.2020    çap et  çap et