525.Az

Milli Hematologiya və Transfuziologiya Mərkəzində doktorantura yaradılır


 

Milli Hematologiya və Transfuziologiya Mərkəzində doktorantura yaradılır<b style="color:red"></b>

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru hazırlayacaq.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə;
Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru üzrə;

Eyni zamanda Səhiyyə Nazirliyi üzrə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun doktorantura təhsili vermək hüququ ləğv edilib.

 





10.04.2020    çap et  çap et