525.Az

Siyasi partiyalara iki milyon manat ayrılacaq


 

Siyasi partiyalara iki milyon manat ayrılacaq<b style="color:red"></b>

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna görə, 2013-cü ilin ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

Bu barədə Modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətdən bildirilib ki, gələn il Azərbaycanda siyasi partiyaları maliyyələşdirmək üçün ilk dəfə olaraq, dövlət büdcəsindən 2 milyon manat pul ayrılacaq.

Modern.az xatırladır ki, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

 





13.10.2012    çap et  çap et