525.Az

Jurnalist Məhəbbət Orucovun yeganə oğlu qəzada həlak oldu


 

Jurnalist Məhəbbət Orucovun yeganə oğlu qəzada həlak oldu<b style="color:red"></b>

Jurnalist Məhəbbət Orucovun ailəsinə ağır itki üz verib.

Modern.az saytının məlumatına görə, Məhəbbət Orucovun oğlu Seymur Sərdarzadə faciəli surətdə dünyasını dəyişib.

Ağır avtomobil qəzasına düşən 32 yaşlı Seymur xəstəxanaya yerləşdirilsə də, dünən səhər saatlarında keçinib. Mərhum Seymur Sərdarzadə valideynlərinin yeganə oğul övladı idi. Onun iki azyaşlı uşağı qalıb.

Qeyd edək ki, jurnalist Məhəbbət Orucov “Ekspress”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Binəqədi” qəzetlərində çalışıb.

Allah rəhmət etsin…

“525”dən: Qəzetimizin kollektivi bu ağır xəbərdən sarsılır, jurnalist Məhəbbət Orucova, ailəsinə və yaxınlarına səbir diləyir. Allah rəhmət eləsin...

 

 





12.04.2020    çap et  çap et