525.Az

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək


 

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək<b style="color:red"></b>

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

 





12.04.2020    çap et  çap et