525.Az

Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazası təqdim edildi


 

Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazası təqdim edildi<b style="color:red"></b>

Ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Kitabxanası tərəfindən müxtəlif tədbirlərin təşkili edilməsi nəzərdə tutulub.

Hazırda kitabxananın əməkdaşları tərəfindən virtual rejimdə təqdim olunan “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” adlı elektron məlumat bazası istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcək.

Elektron məlumat bazası geniş istifadəçi kütləsinin görkəmli ədibin yaradıcılığı ilə bağlı müxtəlif sənədlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacaq.

Təqdim olunan bazada rəsmi sənədlər, görkəmli ədibin həyat və yaradıcılığı, müdrik fikirləri, əsərləri, onun haqqında yazılan kitab və məqalələr, ədibin xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər, filmoqrafiyası, habelə fotoqalereya və videoqalereya yer alıb.

Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Keçid linki: http://anl.az/el/emb/N.Nerimanov/index.html

 





13.04.2020    çap et  çap et