525.Az

Günay Əfəndiyevadan Anadolu Ajansının icraçı direktoruna təbrik məktubu


 

Günay Əfəndiyevadan Anadolu Ajansının icraçı direktoruna təbrik məktubu <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Anadolu Ajansının (AA) qurulmasının 100-cü il dönümü münasibətilə agentliyin İdarə Heyətinin sədri və icraçı direktoru Şenol Kazancıya təbrik məktubu göndərib.

"525"-in məlumatına görə, məktbubda qurulduğu gündən etibarən, türk xalqını məlumatlandıran, onun haqq savaşını dünyaya çatdıran qurumun illərin qazandırdığı təcrübə ilə məşhur xəbər agentlərindən biri olmağı bacardığı qeyd edilib.

Dünyanı sarsıdan pandemiya təhlükəsini gözə alaraq fədakarlıq göstərən AA ailəsini təbrik edən G.Əfəndiyeva mesajında bu ifadələrə yer verib:

"Türk Dilli Xəbər Agentlikləri Birliyinin qurucusu olan AA türk xalqları arasındakı iş birliyinin, dostluq və həmrəyliyin daha da güclənməsinə, ortaq mədəniyyətin beynəlxalq arenada tanıdılmasına böyük səy göstərib. Türk dünyasının zəngin tarix, mədəniyyət və ənənələrinin öyrənilməsi, təbliği üçün AA ilə fondumuz arasındakı qarşılıqlı münasibətə əsasən, əlaqələrin qısa müddətdə ən yüksək səviyyəyə çatacağına inanıram. İctimaiyyəti məlumatlandırmanı uğurla davam etdirən AA-nın hələ neçə-neçə əsr türk dünyasının güclü səsi olması ən böyük arzumuzdur".

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasının 23 avqust, 2012-ci ildəki Bişkek Zirvəsində nizamnaməsi qəbul edilən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir.

Mərkəzi paytaxt Bakıda yerləşən fondun məqsədi türkdilli xalqların mədəniyyətinin, adət-ənələrinin, irsinin qorunması, araşdırılması və təbliğ edilməsidir.

Cavid QƏDİR

 





14.04.2020    çap et  çap et