525.Az

PUA heyətləri təlim-məşq uçuşlarına başladı


 

PUA heyətləri təlim-məşq uçuşlarına başladı <b style="color:red"></b>

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri  vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

 





15.04.2020    çap et  çap et