525.Az

Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək


 

Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək<b style="color:red"></b>

Noyabrın 26-27-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illik yubileyinə həsr olunan “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransın işi klassik ədəbiyyat və folklor, mənbəşünaslıq, müasir ədəbi proses və ədəbi tənqid, ədəbiyyatşünaslığın nəzəri problemləri, muzeyşünaslıq, incəsənət tarixi və kulturologiya, tarix, dinşünaslıq, fəlsəfə və dilçilik bölmələri üzrə aparılacaq.

Konfransa təqdim ediləcək məruzə tezislərində mətn A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, 1,5 intervalla olmalıdır. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, kiçik şriftlə elektron ünvanı yazılmalıdır. Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır. Məruzələrin qəbulu üçün son tarix sentyabrın 20-dir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

E-mail: [email protected]

 





18.04.2020    çap et  çap et