525.Az

Nyu-York sakinləri videorabitə ilə nikaha girəcək


 

Nyu-York sakinləri videorabitə ilə nikaha girəcək<b style="color:red"></b>

Nyu-York ştatının hakimiyyəti koronavirus epidemiyası fonunda vətəndaşlara videorabitə vasitəsi ilə nikah qurmağa rəsmən icazə verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo sərəncam verib.

O, özünün “Twitter”dəki səhifəsində qeyd edib ki, Nyu-York sakinlərinə nikah şəhadətnaməsi almağa və videorabitə vasitəsi ilə mərasim keçirməyə icazə verən sərəncam imzalayıb.


Daha əvvəl qubernator mətbuat konfransında bildirib ki, "söhbət nə vaxtda nikahdan getsə, burada heç bir bəhanə ola bilməz, ya "bəli" ya da "yox". "Siz bunu “Zoom” (proqramının-red) köməyi ilə edə bilərsiniz", - o zarafatla bildirib.

Qubernatorun mətbuat xidmətindən bildirilib ki, xüsusi rejimdə kəbin kəsmə mərasimləri qanunla qadağan edilib - bəyin və gəlinin şəxsən iştirakı tələb olunurdu.

Ştatda COVID-19 pandemiyası ilə əlaqədar nikahların qeydiyyatı bürolarının çoxu müvəqqəti bağlanıb. Bu Nyu-York sakinlərinə nikah şəhadətnaməsi almağa icazə vermirdi. Qubernatorun sərəncamı bu qanunun qüvvədə olmasını müvəqqəti dayandıracaq.

 





19.04.2020    çap et  çap et