525.Az

IOC azərbaycanlı idmançılara təqaüd verməyə davam edəcək


 

IOC azərbaycanlı idmançılara təqaüd verməyə davam edəcək<b style="color:red"></b>

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: "İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir".

Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək.

 





20.04.2020    çap et  çap et