525.Az

Milli Kitabxanada ilk azərbaycanlı pediatra həsr edilmiş virtual sərgi açılıb


 

Milli Kitabxanada ilk azərbaycanlı pediatra həsr edilmiş virtual sərgi açılıb<b style="color:red"></b>

İlk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin 135 illiyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış virtual sərgi istifadəçilərə onlayn rejimdə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Əbülfəz Qarayev haqqında zəngin məlumatlar yer alıb.

Azərbaycan xalqının görkəmli, unudulmaz insanları sırasında ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin də özünəməxsus yeri var.

Xalqı, milləti qarşısında böyük xidmətləri olan professor Ə.Qarayev bu gün həm görkəmli həkim, həm də böyük şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir.

 





22.04.2020    çap et  çap et