525.Az

Əməkdar artist dünyasını dəyişdi


 

Əməkdar artist dünyasını dəyişdi<b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mansur Mansurov vəfat edib.

"Report" xəbər verir ki, M.Mansurov bu gün uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

 





22.04.2020    çap et  çap et