525.Az
"Tonyükük yazısı ortaq mədəniyyətimizə işıq tutan mühüm əsərdir"
Beynəlxalq Türk Akademiyası qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyükük abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirib. Konfransa qatılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırlaıya minnətdarlığını bildirib, konfransın işinə uğur arzu edib.
G.Əfəndiyeva Tonyükük ilinin açılması münasibətiilə Türk dünyasını təbrik edib.
“Göytürk tarixinə məxsus olan Tonyükük yazısı Orta Asiya coğrafiyasında qədim tariximizə, ortaq mədəniyyətimizə işıq tutan mühüm bir əsərdir. Bu gün UNESCO-nun dəstəyi ilə 1300 illiyi keçirilən Tonyükük abidəsində türk dünyası və insanlıq üçün önəmli bilgilərin və nəsihətlərin olduğunu görürük.
Daş kitabə-abidə əcdadlarımızın tarix boyunca qazandığı zəfərlərin, qurduğu dövlətlərin mövcudluğunu, mədəniyyətini, sənət və ədəbiyyatını ortaya qoyan zəngin bir daş şahiddir. “Əgər türklər olmasaydı, tarix yetim qalardı” fikri də əbəs yerə deyilməyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yeni qurulmuş bir təşkilatdır, lakin fəaliyyətə başladığımız ilk günlərdən əcdadlarımızdan qalan ortaq mədəniyyətimiz, tariximiz və mirasımızın qorunmasının araşdırılmasını və qorunmasını qarşımıza məqsəd qoymuşuq.
Buradan Beynəlxalq Türk Akademiyasına və eyni zamanda hörmətli Altay Cengizer bəyə demək istəyirəm ki, Parisdəki Azərbaycan Mədəniyyət evi Heydər Əliyev Fondu tərəfindən və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə inşa olunub. Və yarandığı gündən Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması məqsədi ilə dünyəvi layihələrə imza atıb.
Sonda isə konfrans iştirakçılarına ortaq tariximizi və mədəniyyətimizin öyrənilməsi üçün apardıqları böyük işlərdə uğur diləyirəm”.
25.04.2020 çap et