525.Az

Azərbacanlı alim Özbəkistanda keçirilən iki onlayn elmi konfransa qatılıb


 

Azərbacanlı alim Özbəkistanda keçirilən iki onlayn elmi konfransa qatılıb<b style="color:red"></b>

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 24 yanvar 2020-ci il tarixli Ali Məclisə müraciətinə və bu ölkənin Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli qərarına uyğun olaraq respublikanın bir çox universitetlərində konfranslar təşkil edilir. Bu məqsədlə ölkə ərazisində bir çox universitet və institutlarda onlayn elmi konfranslar keçirilir.

Nəvai Dövlət Pedaqoji İnstitutunda “Təhsildə müəllim-tələbə sistemi - keyfiyyət və səmərəliliyin qarantıdır” mövzusunda elmi konfrans keçirilib.

Konfransı İnstitutun rektoru professor Bahadur Sabirov giriş sözü ilə açandan sonra məruzəçi olaraq ilk söz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətovaya verilib.

Onlayn qaydada keçirilən konfransda nəvaişünas alimin “Əlişir Nəvai və Pəhləvan Məhəmməd (Əlişir Nəvainin “Haləti-Pəhləvan Məhəmməd” əsəri müstəvisində)” məruzəsi dinlənilib.

Buxara Dövlət Universitetində keçirilən “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfransı İnstitutun rektoru, professor Obidjon Həmidov giriş sözü ilə açandan sonra məruzəçi olaraq ilk söz A.Binnətovaya verilib.

Onlayn qaydada keçirilən elmi konfransda Azərbaycanlı alim “Əlişir Nəvai irsinin Azərbaycanda tədqiqi metodikasi” mövzusunda məruzə ilə çıxış edib.

Hər iki konfransda özbək alimlərlə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin alimləri onlayn konfransa qatılaraq məruzələr ediblər.

Qeyd edək ki, A.Binnətova daha bir neçə onlayn qaydada təşkil olunan elmi konfransa dəvət alıb.

 





27.04.2020    çap et  çap et