525.Az

Dünya Bankı Azərbaycanda iki layihənin icrasına başlayır


 

Dünya Bankı Azərbaycanda iki layihənin icrasına başlayır<b style="color:red"></b>

Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi ədliyyə sistemində islahatların davam etdirilməsi və məşğulluğa dəstək layihələrinin icrasına gələn ay başlanması planlaşdırılır.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən bildirilib ki, COVID-19 pandemiyası fonunda hazırda Dünya Bankının Azərbaycana missiyaları dayandırılıb və bu səbəbdən yeni layihələr haqqında danışıqlar aparılmayıb.

Bankdan həmçinin bildirilib ki, pandemiyanın yaratdığı iqtisadi şokların yumşaldılması məqsədi ilə Azərbaycan Dünya Bankına yardım üçün müraciət etməyib.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanda ədliyyə sistemində islahatların davam etdirilməsi layihəsinə Azərbaycana 50 mln. ABŞ dolları (təsdiq edilib), məşğulluğa dəstək layihəsinə isə 100 mln. dollar məbləğində kreditlər ayırıb.

 





29.04.2020    çap et  çap et