525.Az

MDM xidmət haqlarında güzəşt edəcək


 

MDM xidmət haqlarında güzəşt edəcək<b style="color:red"></b>

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının bu gün keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində qərar qəbul edilib.

"APA-Economics"in MDM-ə istinadən verdiyi xəbərə görə, Həmin qərara əsasən 1 may tarixindən etibarən Fond birjasında sәhmlәrin vә istiqrazların tәkrar bazarında bağlanan әqdlәri habelә repo әmәliyyatlarının qeydiyyatı üzrә Milli Depozit Mәrkәzinә ödәnilәn tariflәr 30 sentyabr 2020-ci il tarixinәdәk lәğv edilir.

Eyni zamanda, Fond birjasında dövlәt istiqrazları, Mәrkәzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan tәkrar bazar әqdlәri üzrә hesablaşmalar 30 sentyabr 2020-ci il tarixinәdәk “T+1” rejimindәn “T+0” rejiminә keçirilir.

 

 





30.04.2020    çap et  çap et