525.Az

“Buraxdığım səhvlərə görə vicdan əzabı çəkirəm” - Həbs edilən başçı


 

“Buraxdığım səhvlərə görə vicdan əzabı çəkirəm” - <b style="color:red"> Həbs edilən başçı</b>

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Biləsuvar İcra Hakimiyyətinin binasındakı xüsusi əməliyyatın videosunu yayıb.

Əməliyyat zamanı ifadə verən icra başçısı Mahir Quliyev törətdiyi əməllərə görə utandığını bildirib:

“Bu kimi əməllərə görə, əlbəttə, peşimançılığımızı çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”, - sabiq icra başçısı vurğulayıb.

Qeyd edək ki, DTX-da aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

 





01.05.2020    çap et  çap et