525.Az

Şair Fərqanə Mehdiyeva vəfat etdi


 

Şair Fərqanə Mehdiyeva vəfat etdi<b style="color:red"></b>

Şair Fərqanə Mehdiyeva vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O, bildirib ki, F. Mehdiyeva uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, mərhum AYB üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri idi.

Fərqanə Mehdiyeva 1964-cu ildə Salyan rayonunda doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.

Allah rəhmət eləsin!

 





02.05.2020    çap et  çap et