525.Az

"Klassik incilərimiz"də Nizami Gəncəvi Həftəsinə bölgələr də qoşulub


 

"Klassik incilərimiz"də Nizami Gəncəvi Həftəsinə bölgələr də qoşulub<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi "Klassik incilərimiz" layihəsi uğurla davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatının klassik incilərini yaşatmaq və tanıtmaq məqsədi daşıyan layihə ötən həftə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə, bu həftə isə görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığına həsr edilib.

Nizami həftəsinə bölgələr də böyük maraq göstərib və Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Pensər kənd kitabxana-filialının Multimedia resursları üzrə kompüter mütəxəssisi İstək Mürsəlova hazırladığı videoçarxı təqdim edib.

Kitabxana, həmçinin izləyiciləri Nizami Gəncəvi həftəsinə fəal qoşulmağa və hazırladıqları videomaterialları kitabxanaya təqdim etməyə dəvət edir.

 





06.05.2020    çap et  çap et